...

"Zirə"nin məşqçisi cəzalandırıldı

İdman Materials 15 Mart 2016 15:25 (UTC +04:00)
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Zirə"nin məşqçisi cəzalandırıldı

Bakı. Trend:

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend PFL-in saytına istinadən məlumat verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "İnter" - "Rəvan" matçında "Rəvan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Qəbələ" - "Zirə" matçında "Zirə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Premyer Liqanın XXV turunun "Qəbələ" - "Zirə" matçında "Zirə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 85-ci dəqiqəsində "Zirə" klubunun məşqçisi Anar Niftəliyev texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunub.

Premyer Liqanın XXV turunun "Sumqayıt" - "Qarabağ" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti