...

"Fənərbağça" və "Mançester Yunayted" Avropa Liqasında mübarizəni dayandırdılar

İdman Materials 18 Mart 2016 02:50 (UTC +04:00)
Martın 17 və 18-də Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
"Fənərbağça" və "Mançester Yunayted" Avropa Liqasında mübarizəni dayandırdılar

Bakı. Trend:

Martın 17 və 18-də Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Trend-in məlumatına görə, Türkiyə təmsilçisi "Fənərbağça" Portuqaliyada "Braqa"nın qonağı olub. İlk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Fənərbaxça", rəqibinə 1:4 hesabı uduzub və turnirdə mübarizəni dayandırıb.

İngiltərədə isə "Liverpul" "Mançester Yunaytedin" qonağı olub. İlk oyunda 0:2 hesabı ilə uduzan "qırmızı şeytanlar" 1/4 final mərhələsinə vəsiqə qazana bilməyiblər. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

"Braqa" (Portuqaliya) - "Fənərbaxça" (Türkiyə) - 4:1

Qollar: Hassan, 11 (1:0), Potuk, 45+3 (1:1), Josue, 67-pen (2:1), Stoyilkoviç, 74 (3:1), Silva, 83 (4:1)

İlk oyun - 0:1

"Mançester Yunayted" (İngiltərə) - "Liverpul" (İngiltərə) - 1:1

Qollar: Martial, 31-pen (1:0), Koutinyo, 45 (1:1)

İlk oyun - 0:2

Xəbər lenti

Xəbər lenti