...

Olimpiadaya vəsiqə verən Avropa təsnifat turniri başlayır - HEYƏT

İdman Materials 13 Aprel 2016 16:52 (UTC +04:00)
15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək.
Olimpiadaya vəsiqə verən Avropa təsnifat turniri başlayır - HEYƏT

Bakı. Trend:

15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın 6 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq. Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək.

Sərbəst güləş yarışlarında ölkəmizi Mahmud Məhəmmədov (57 kq) və Cəbrayıl Həsənov (74 kq), yunan-Roma güləşi yarışlarında Kamran Məmmədov (66 kq) və Şalva Qadabadze (98 kq), qadın güləşi yarışlarında isə İrina Netreba (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcəklər.

Qeyd edək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 11 vəsiqə qazanıb. Bunlardan 4-ü sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.

Turnirin proqramı

15 aprel - 48, 53 kq qadın, 57, 65 kq sərbəst, 59, 66 kq yunan-Roma
16 aprel - 58, 63 kq qadın, 74, 86 kq sərbəst, 75, 85 kq yunan-Roma
17 aprel - 69, 75 kq qadın, 97, 125 kq sərbəst, 98, 130 kq yunan-Roma

İlk görüşlər Bakı vaxtı ilə saat 11:30-da, final görüşləri isə 21:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti