...

Azərbaycan Kubokunun ilk finalçısı məlumdur

İdman Materials 4 May 2016 19:01 (UTC +04:00)
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
Azərbaycan Kubokunun ilk finalçısı məlumdur

Bakı. Trend:

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, səfərdə "Neftçi" ilə 1:1-lik bərabərə qalan "Qəbələ" bu dəfə doğma meydanda paytaxt təmsilçisini qəbul edib.

Gözlənilənlərin əksinə olaraq, ilk qol qonaqlardan gəlib - 59-cu dəqiqədə Ruslan Qurbanov "Neftçi"ni önə keçirib. 76-cı dəqiqədə Ermin Zets hesabı bərabərləşdirib. Əsas vaxtda qapılara başqa qol vurulmadığından əlavə vaxt oynanılıb.

Əlavə vaxtda isə qol qeydə alınmadığından qalib penaltilər seriyasında müəyyən olunub. Burada isə "Neftçi" üstün olub - 3:4.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti