...

"Qarabağ" daha bir rekordunu təkrarladı

İdman Materials 5 May 2016 16:23 (UTC +04:00)
Premyer Liqada ardıcıl 9 qələbə ilə tarixinin rekordunu təkrarlayan Ağdamın “Qarabağ” klubu kubokda da eyni nailiyyətə imza atıb.
"Qarabağ" daha bir rekordunu təkrarladı

Bakı. Trend:

Premyer Liqada ardıcıl 9 qələbə ilə tarixinin rekordunu təkrarlayan Ağdamın "Qarabağ" klubu kubokda da eyni nailiyyətə imza atıb.

Trend PFL-in saytına istinadən məlumat verir ki, Qurban Qurbanovun yetirmələri özünün Azərbaycan Kuboku tarixindəki ən uzun qələbə seriyasını təkrarlamağa nail olub. İlk kubok yarışını buraxıb, 1993-cü ildə turnirdə debüt edən "ağ-göylər" 23 illik tarixdə ən yaxşı halda 6 qələbəlik seriyaya imza atmışdı. Bu seriya 1995-ci ilə təsadüf etmişdi. 1994/95 mövsümünü qələbə ilə başa vuran ağdamlılar 1995/96 mövsümünə 5 qələbə ilə başlamışdı. 21 ildən sonra həmin rekordu təkrarlayan "Qarabağ" cari mövsüm kubokda keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb.

Azərbaycan Kuboku: "Qarabağ" - "Neftçi" finalı

Azərbaycan Kuboku: "Qarabağ" - "Neftçi" finalı

Əyalət klubu seriyasına 2014/15 mövsümünün final matçından start verib. Həmin qarşılaşmada "Neftçi"ni 3:1 hesabı ilə məğlub edən "Qarabağ" cari kubok turnirinə "Şəmkir"lə 1/8 final oyunu ilə başlayıb - 2:0. 1/4 finalda "Sumqayıt"ı əvvəl 2:0, ardınca 4:1 yenən ağdamlılar yarımfinalda "İnter"i 2 dəfə məğlub edib - 4:0, 1:0.

"Ağ-göylər"in qalib gəlmədiyi son kubok oyunu ötən mövsümün yarımfinal mərhələsinə təsadüf edib. "Simurq"la cavab oyununda qapılara qol vurulmayıb.

Qeyd edək ki, ölkə kubokunda ən uzun qələbə seriyası "Kəpəz"ə məxsusdur. Gəncəlilər 1993-95-ci illərdə ardıcıl 13 kubok qarşılaşmasında qalib gəlib.

Xəbər lenti

Xəbər lenti