...

Stolüstü tennis üzrə veteranların turniri keçirilib

İdman Materials 18 May 2016 18:19 (UTC +04:00)
Stolüstü tennis üzrə veteranların turniri keçirilib.
Stolüstü tennis üzrə veteranların turniri keçirilib

Bakı. Trend:

Stolüstü tennis üzrə veteranların turniri keçirilib.

"Şüa" İdman Sağlamlıq Mərkəzində Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə veteranların turniri təşkil olunub.

Federasiyadan Trend-ə verilən məlumata görə, turnirdə 50-yə yaxın veteran iştirak edib. Qadınlar arasında Xəyalə Qiyasova I, Sevinc Abbasova II, Məxluqə Nəsirova isə III yerə layiq görülüblər.

Kişilər arasında 40-49 yaş qrupu üzrə Yevgeniy Talalayko I, Mehman Səmədov II, Vaqif Məmmədov III yeri tutublar. 50-59 yaş yaş qrupu üzrə İlham Ağayev I, Valeh Musayev II, Əsgərqulu Heydərli III yerə layiq görülüblər. 60 və yuxarı yaş qrupu üzrə isə Tahir Xudiyev I, Niyaz Hüseynov II, Səxavət Heydərov IIII yeri tutublar.

Xəbər lenti

Xəbər lenti