...

Azad Rəhimov qalib karateçilərlə görüşüb (FOTO)

İdman Materials 19 May 2016 22:20
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında 3-cü yerin sahibi olmuş karateçilərimizlə görüşüb.
Azad Rəhimov qalib karateçilərlə görüşüb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında 3-cü yerin sahibi olmuş karateçilərimizlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azad Rəhimov ilk olaraq 21 ölkə arasında yerli fransızlar və ikinci yerin sahibi ispanlardan sonra Avropanın və dünyanın bir çox güclü karate dövlətlərini qabaqlayaraq 2 qızıl və 1 bürünc medal qazanan milli komandamızın üzvlərini təbrik edib.

Nazir: "Karateçilərimiz daim ölkəmizi müxtəlif beynəlxalq yarışlarda layiqincə təmsil ediblər. Sizin, Bakıda keçirilən 1-ci Avropa oyunları zamanı qazandığınız qələbələr xalqımıza böyük sevinc yaşatdı. Mübarizliyiniz, öz üzərinizdə dayanmadan çalışmağınız bizi çox sevindirir."

Daha sonra Azad Rəhimov ölkəmizdə keçiriləcək Formula 1 Avropa Qran Prisi, Dünya Şahmat Olimpiyadası və bu yarışa 180 ölkənin gəlməsi, yarışlarla bağlı görülən hazırlıq işləri haqda məlumatlar verdi.

Azad Rəhimov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarının oyunlarının proqramında karate idman növünün də olduğunu bildirərək, bu yarışda da karateçilərimizdən böyük qələbələr gözlədiyinə ümid bəslədiyini diqqətə çatdırdı.
Sonda nazir komanda üzvləri ilə xatirə şəkli çəkdirdi.

Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında 4 qat dünya çempionu Rafael Ağayev (75 kq) 13-cü dəfə Avropa çempionu olmaqla şəxsi rekordunu yeniləyib. Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın seçmə komandamız bir-birinin ardınca Portuqaliya, Rusiya, Finlandiya və Türkiyə idmançılarına, final görüşündə isə Xorvatiya kimi yüksək titullu komandalara qalib gələrək qitə birincisi olublar. Bu nəticə həm də karate tariximizdə bir neçə ilklərdən olub. Daha bir rekorda gənclərdən ibarət seçmə komandanın üzvü Roman Heydərov imza atıb. 17 yaşlı R.Heydərov kata yarışlarında bürünc medal qazanmaqla Dünya Karate Federasiyasının (WKF) statistik göstəricilərinə böyüklər arasında ilk azyaşlı mükafatçı kimi daxil olub.

51-ci Avropa çempionatında 46 ölkədən 437 karateçi mübarizə aparıb. Milli komandamızı oktyabrın axırında Avstriyada dünya çempionatı gözləyir.

Xəbər lenti

Xəbər lenti