Bakı. Trend:
Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına bu gün yekun vurulub.
Trend-in məlumatına görə, finalda Portuqaliya və İspaniya milliləri üz-üzə gəlib.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Portuqaliya 5:4 hesabı ilə qalib gələrək Avropa çempionu olub.
Qeyd edək ki, bu komandalar "Avro-2013" finalında qarşılaşıblar. Həmin vaxt Portuqaliya 2:1 hesabı ilə qalib gəlib.
Qollar: Dioqo Dalot, 27 (1:0), Brahim Diaz, 32 (1:1).