Bakı. Pərviz Sadıqov - Trend:
Fransada keçiriləcək futbol üzrə Avropa çempionatında təhlükəsizlik tədbirlərinə görə bəzi oyunlar azarkeşsiz oynanıla bilər.
Trend xarici mətbuata istinadən məlumata verir ki, bu barədə Avro-2016 Təşkilat Komitəsinin rəhbəri Jak Lamber deyib.
O qeyd edib: "Bütün ehtimalları dəyərləndiririk. Buna bəzi oyunların tamaşaçısız oynanılma variantı da daxildir".
Məhz hansı oyunun daha çox terror riski daşıdığı açıqlanmayıb.
Eyni zamanda Almaniyanın sadəcə milli futbolçularını qorumaq üçün 800 min avro ayırdığı məlum olub. Almaniyalı oyunçu Jerom Boatenq isə "Ailəmdən kiminsə stadionda oyunları izləməsini istəməzdim", - deyərək qorxusunu büruzə verib.Qeyd edək ki, sabah Parisdə çempionatın açılışının baş tutacağı "Stad de Frans" ətrafında ötən il noyabrın 15-də terror traktı yaşanmışdı.