...

Fransada futbol terrora qarşı (FOTO)

Dünya xəbərləri Materials 9 İyun 2016 00:40 (UTC +04:00)
Fransada keçiriləcək futbol üzrə Avropa çempionatına hazırlıqlar tamamlanmaq üzrədir.
Fransada futbol terrora qarşı (FOTO)

Bakı. Pərviz Sadıqov - Trend:

Fransada keçiriləcək futbol üzrə Avropa çempionatına hazırlıqlar tamamlanmaq üzrədir.

Trend-in xarici mətbuata istinadən məlumatına görə, terror qorxusu altında baş tutacaq Avro-2016-dan öncə fransız polisi təhlükəsizlik tədbirlərini bir neçə dəfə gücləndirib. "Fan Zone"da baş verə biləcək hər hansı bombalı və silahlı hücumlar üçün xüsusi hazırlıqlar təşkil edən polis təşkilatları terrora qarşı təlimləri sürətləndirib.

Fransada etirazçılar Avro-2016 Kubokunun turne mərhələsini pozdular

Fransada etirazçılar Avro-2016 Kubokunun turne mərhələsini pozdular

Böyük şəhərlərdə azarkeşlərin oyunları izləmək üçün toplaşacaqları yerləri ən təhlükəli məkanlar kimi qiymətləndirən Fransa təhlükəsizlik xidmətləri bütün ehtimalları nəzərə almağa çalışırlar. Stadionlar, "fan zone"lar, əlaqə və rabitə məkanları xüsusi nəzarətə götürülüb. Həmin məkanlarda "süni terror tamaşaları" hazırlanır və təhlükəsizliyin təmin edilməsi tapşırıqları yerinə yetirilir.

Fransa polisinin sözçüsü Mişel Delpue mövzu ilə bağlı verdiyi açıqlamasında deyib: "Xilasetmə xidməti, təcili yardım, yanğınsöndürənlər, polislər - hamısı baş verə biləcək terror təhdidinə qarşı hazır olmalıdır. Biz bütün tədbirlərimizi gördük və turnirə hazırıq. Yarışların sakit şəkildə, hər hansı xoşagəlməz hadisə baş vermədən keçirilməsini təmin edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti