...

"Formula 1" Avropa Qran Prisində 4 pilot mübarizəni dayandırıb

İdman Materials 19 İyun 2016 18:35 (UTC +04:00)
Bakıda "Formula 1" Avropa Qran Prisində 4 pilot mübarizəni dayandırıb.
"Formula 1" Avropa Qran Prisində 4 pilot mübarizəni dayandırıb

Bakı. Trend:

Bakıda "Formula 1" Avropa Qran Prisində 4 pilot mübarizəni dayandırıb.

Trend-in məlumatına görə, "Toro Rosso" komandasının hər iki pilotu trasdan çıxıb. Belə ki, Daniil Kvyat 6-cı, Karlos Sayns isə 33-cü döngədə mübarizəni dayandırıb.

"Manor"un pilotu Paskal Verlayn 40-cı döngədə trasdan çıxıb. "McLaren" pilotu Fernando Alonso isə 42-ci döngədə boksa girib.

Hazırda "Mercedes" pilotu Niko Rosberq liderlik edir. Sonrakı yerləri Sebastayn Fettel və Kimi Raykonen (hər ikisi "Ferrari") tuturlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti