...

Qran-Pri qalibi: Bakı trası "Formula 1" üçün əla uyğun gəldi (FOTO)

İdman Materials 19 İyun 2016 20:06 (UTC +04:00)
Bakı Qran-Prisi möhtəşəm keçdi, tras çox maraqlı idi.
Qran-Pri qalibi: Bakı trası "Formula 1" üçün əla uyğun gəldi (FOTO)

Bakı. Maksim Tsurkov – Trend:

Bakı Qran-Prisi möhtəşəm keçdi, tras çox maraqlı idi. Trend-in məlumatına görə, bunu mətbuat konfransında "Formula 1" Avropa Qran-prisinin qalibi "Mercedes" komandasının qalibi Niko Rosberq deyib.

Pilot əlavə edib: “Biz insidentlərdən yayınmaq üçün trası çox yaxşı sınaqdan keçirmişdik”.

Yarışda İkinci olmuş Sebastyan Fettel (Ferrari) isə bildirib ki, ikinci yer nail ola biləcəkləri optimal nəticədir: “Nəticədən razı ola bilərik”.

Bakıda "Formula 1"in üçüncüsü olmuş Serxio Peres (Force India) isə qeyd edib ki, N.Rosberqə qalib gələ bilməzdi, çünki o çox güclü idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti