...

Güləşçilərimiz Rustavidən 2 qızıl, 2 gümüş və 4 bürünc medalla qayıdıb (FOTO)

İdman Materials 11 Avqust 2016 16:22 (UTC +04:00)
Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçirilib.
Güləşçilərimiz Rustavidən 2 qızıl, 2 gümüş və 4 bürünc medalla qayıdıb  (FOTO)

Bakı. Trend:

Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, turnirdə Azərbaycan güləşçiləri yanaşı, Gürcüstan, İran, Rusiya, Ermənistan, Qazaxstan komandaları mübarizə aparıb.

Yeniyetmələrdən ibarət yığma komandamız ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.

Qızıl medalları yığmamıza Zaur Əliyev (42 kq) və Fail İsgəndərov (46 kq) qazandırıb. Zaur finalda komanda yoldaşı Azər Muxtarlıdan üstün olsa da, Fail gürcü idmançını xalçadan məğlub yola salıb. 54 kq-da mübarizə aparan Elnur Musayev yığmamıza növbəti gümüş medalı qazandırıb. Həlledici görüşdə Rusiya idmançısına məğlub olub.

Bürünc medalları isə Araz Şükürzadə (42 kq), Mirsirac Həsənli (46 kq), Həsən Məmmədli (58 kq) və Nəsir Maşanov (76 kq) qazandırıb.

Komanda hesabında Azərbaycan güləşçiləri ikinci sırada qərarlaşıb. İlk sıranı Gürcüstan, üçüncü yeri isə İran pəhləvanları tutub.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Tural Əliyev Azərbaycanı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti