...

Daha bir avarçəkənimiz finalda (YENİLƏNİB)

İdman Materials 17 Avqust 2016 18:41 (UTC +04:00)
Bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında daha iki avarçəkənimiz mübarizəyə başlayıb.
Daha bir avarçəkənimiz finalda (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:46-da yayılıb)

Bakı. Trend:

Bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında daha iki avarçəkənimiz mübarizəyə başlayıb.

Trend-in məlumatına görə, yığmamızın üzvü Valentin Demyanenko 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə 39,749 saniyə nəticə göstərərək yarımfinala yüksəlib.

Dünya və Avropa çempionumuz yarımfinal mərhələsində 3-cü seçmə qrupda yarışıb. 5-ci zolaqda çıxış edən təmsilçimizin rəqibləri Almaniya, Gürcüstan, Portuqaliya, Macarıstan, Ukrayna və Kanada idmançıları olub. V.Demyanenko 40,298 saniyə ilə yürüşdə yalnız gürcüdən geri qalıb, ümumi sıralamada isə 5-ci yerlə finala yüksəlib.

X X X

İlk cəhdində 1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya isə bu dəfə 500 metr məsafədə mübarizə aparır. O, finiş xəttinə 1 dəqiqə 51,750 saniyəyə çatmaqla yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Yarımfinalda 3-cü seçmə qrupda çıxış edən təmsilçimiz finişə 1 dəqiqə 57,627 saniyəyə çataraq yürüşün 2-cisi kimi finala vəsiqə qazanıb.

Bu mərhələyə avqustun 18-i saat 17:11-də start veriləcək.

Xəbər lenti

Xəbər lenti