...

"Mayns"ın baş məşqçisi: "Qəbələ" güclü rəqibdir (MÜSAHİBƏ) (ÖZƏL)

İdman Materials 28 Sentyabr 2016 16:26 (UTC +04:00)
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 29-da Bakıda "Qəbələ"nin qonağı olacaq Almaniyanın "Mayns" klubunun baş məşqçisi Martin Şmidtin Trend-ə müsahibəsi
"Mayns"ın baş məşqçisi: "Qəbələ" güclü rəqibdir (MÜSAHİBƏ) (ÖZƏL)

Bakı. Emin Əliyev - Trend:

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 29-da Bakıda "Qəbələ"nin qonağı olacaq Almaniyanın "Mayns" klubunun baş məşqçisi Martin Şmidtin Trend-ə müsahibəsi

- C qrupundakı rəqibləriniz, xüsusilə "Qəbələ" haqqında nə deyə bilərsiniz?

- Bizim çox həyəcanverici qrupumuz var. Bildiyiniz kimi, Fransanın "Sent-Etyen" və Belçikanın "Anderlext" klubları böyük tarixə malikdirlər. Mən hələ gənc yaşlarında bu klubların oyunlarına baxırdım. "Qəbələ" də Avropa Liqasında bir sıra çox yaxşı oyunları və ölkə çempionatında uğurları ilə özünə ad qazanıb. Qarşıdan gələn yarış bizi çox həyəcanlandırır.

- "Qəbələ"nin oyunlarına baxmısınızmı? Ümumiyyətlə, qrupda bu klubların şansını necə dəyərləndirirsiniz və hansını güclü rəqib hesab edirsiniz?

- Rəqiblərimiz haqqında məlumat toplamışıq, "Anderlext"in və "Qəbələ"nin oyunlarına baxmışıq, taktikalarına diqqət yetirmişik. UEFA Avropa Liqasının təsnifat mərhələsində "Qəbələ" böyük performans nümayiş etdirməklə Fransanın "Lill" klubunu mübarizədən kənarlaşdırmağı bacardı, həmçinin "Anderlext"ə qarşı yaxşı oynadı. "Qəbələ" ölkə çempionatında tez-tez 80 faiz topa malik olma nisbəti ilə oynayır və üstünlük qazanır. Ümumiyyətlə, "Qəbələ" güclü müdafiəyə və çevik əks-hücum üçün sürətli oyunçulara malik güclü rəqibdir.

- Bəs baş məşqçisi olduğunuz "Mayns"ın C qrupunda şansını necə dəyərləndirirsiniz?

- Bu qrupda, demək olar, bərabər güclü komandalar var. Əlbəttə, biz də növbəti mərhələyə keçməyə çalışacağıq, lakin buna nail olmaq üçün çox böyük əmək sərf etməliyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti