...

Alimlər Ronaldoya buz vannasını məsləhət görmürlər

İdman Materials 5 Oktyabr 2016 13:24 (UTC +04:00)
Buz vannası ağır məşqlərdən sonra tez bir zamanda fiziki bərpaya heç də kömək etmir.
Alimlər Ronaldoya buz vannasını məsləhət görmürlər

Bakı. Trend:

Bir sıra idmançıların qəbul etdiyi buz vannası ağır məşqlərdən sonra tez bir zamanda fiziki bərpaya heç də kömək etmir.

Trend-in məlumatına görə, bu barədə Journal of Physiolog-da dərc olunan məqalədə deyilir.

Avstraliya alim Conatan Pikin qənaətincə, soyuq su yarışlardan sonra bədənin bərpasına səmərəli təsir etmir və idmançılar bunu nəzərə almalıdırlar. Bundan əlavə, aşağı temperaturlu suyun digər fəsadlara yol açdığını da nəzərə almaq lazımdır.

Qeyd edək ki, bir sıra idmançılar, o cümlədən portuqaliyalı futbolçu K.Ronaldo oyundan sonra buz vannası qəbul edirlər. Onlar iddia edirlər ki, bu, bədəndə iltihab ocaqlarını yatırdır, eləcə də zədələnmiş əzələləri canlandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti