...

“Araz” ikinci qələbəsini qazanıb

İdman Materials 13 Oktyabr 2016 11:14 (UTC +04:00)
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində təmsilçimiz “Araz” ikinci oyununu keçirib.
“Araz” ikinci qələbəsini qazanıb

Bakı. Trend:

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində təmsilçimiz “Araz” ikinci oyununu keçirib.

Trend-in məlumatına görə, Makedoniyanın Skopye şəhərindəki Boris Trajkovski adına İdman Mərkəzində Kosovanın “Feniks” komandası ilə qarşılaşan təmsilçimiz 1:0 hesabı ilə qələbə qazanıb. Yeganə qolu oyunun 11-ci dəqiqəsində Xətai Bağırov vurub.

“Araz” qrupda son oyununu oktyabrın 14-də, Bakı vaxtı ilə saat 17:30-da Makedoniyanın “Zelezarec” komandasına qarşı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti