...

Kriştianu Ronaldu Çempionlar Liqasının ən yaxşısı seçildi

İdman Materials 14 Oktyabr 2016 08:47 (UTC +04:00)
Real Madrid klubunun oyunçusu Kriştianu Ronaldu "Marca" və "La Gazzetta dello Sport" oxucularının səsverməsi ilə 2015-2016-cı ilin Çempionlar Liqası turnirinin ən yaxşı oyunçusu seçilib
Kriştianu Ronaldu Çempionlar Liqasının ən yaxşısı seçildi

Trend-i buradan izləyin

Bakı. Trend:

Real Madrid klubunun oyunçusu Kriştianu Ronaldu "Marca" və "La Gazzetta dello Sport" oxucularının səsverməsi ilə 2015-2016-cı ilin UEFA Çempionlar Liqası turnirinin ən yaxşı oyunçusu seçilib.

Trend-in "TASS"-a istinadən verdiyi məlumata görə, 2015-2016-cı illin UEFA Çempionlar Liqası turnirində Real Madrid klubu finalda Atletiko Madrid klubuna qalib gələrək turnirin qalibi olub. Portuqaliyalı turnirdə 12 oyunda iştirak edərək, 16 qol vurub və turnirin bombardiri olub.

Premiyanı İspan qəzetinin direktoru Xuan İqnasio Qallardo və İtalyan qəzetinin direktor müavini Canni Valenti təqdim ediblər.

"Mənim arzum Real Madriddə oynamağa davam etməkdi. Bu klub mənim urəyimdədir", - Ronaldu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti