Bakı. Trend:
UEFA Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib.
Trend-in məlumatına görə, "Qəbələ" Fransada "Sent-Etyen"in qonağı olub.
Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. 70-ci dəqiqədə Rikardinyo avtoqol müəllifi olub - 1:0.
Qeyd edək ki, bu, C qrupunda mübarizə aparan "Qəbələ"nin ardıcıl üçüncü məğlubiyyətidir.