Bakı. Trend:
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda Premyer Liqanın 9-cu turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Oktyabrın 23-də Premyer Liqanın IX turunun “Kəpəz” – “İnter” matçında “İnter” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oktyabrın 24-də AZAL – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oktyabr 25-də isə “Sumqayıt” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun 39 №-li futbolçusu Sadiq Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Neftçi” – “Qarabağ” matçında matçında meydançaya azarkeş daxil olub və oyunda fasilə yaranmasına səbəb olub. “Neftçi” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub.
Oyunun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun 9 №-li futbolçusu Katalin Tira dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.