...

Macar nümayəndə heyətinin başçısı: Azərbaycan Gimnastika Federasiyasına yaradılan gözəl şəraitə görə minnətdarıq (FOTO)

İdman Materials 7 Dekabr 2016 18:58 (UTC +04:00)
Biz Azərbaycan Gimnastika Federasiyasına idmançılarımıza yaratdığı gözəl şəraitə görə minnətdarıq
Macar nümayəndə heyətinin başçısı: Azərbaycan Gimnastika Federasiyasına yaradılan gözəl şəraitə görə minnətdarıq (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Biz Azərbaycan Gimnastika Federasiyasına idmançılarımıza yaratdığı gözəl şəraitə görə minnətdarıq.

Bu sözləri Trend-ə Macarıstan Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin rəhbəri Erika Detç-Lajanyi deyib.

Onun sözlərinə görə, 17 gimnastdan və 3 məşqçidən ibarət macar heyəti artıq bir neçə gündür ki, Bakıda təlim-məşq toplanışlarındadır.

Detç-Lajanyi özü nümayəndə heyətinin başçısıdır: “Biz Bakıda bir neçə dəfə olmuşuq, lakin təlim-məşq toplanışlarında ilk dəfə iştirak edirik. İlk növbədə mən, yaradılan bu gözəl şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirmək istəyirəm. Təşəkkür edirik! Biz burada olmaqdan və bu zalda məşq etməkdən sadəcə xoşbəxtik”.

O xatırladıb ki, 2017-ci ildə Macarıstanda bədii gimnastika üzrə Avropa Çempionatı keçiriləcək.

Detç-Lajanyi deyib: “Bu səbəbdən gələn il bizim üçün çox önəmlidir. Buraya gələn gənc və istedadlı 17 gimnast Avropa çempionatında layiqli iştirak etmək üçün hazırlaşır. Qızlar üçün bu təlimlər çox vacibdir, çünki onlar burada yaxşı şəraitdə çalışır və öz rəqiblərini görürlər. Biz ona görə Azərbaycanı seçmişik ki, Milli Gimnastika Arenasında bütün şərait – xalça, yerləşmə və s. çox yüksək səviyyədədir. Düzdür, biz hələ gərgin iş qrafiki ilə əlaqədar şəhərlə tanış ola bilməmişik, amma ümid edirəm ki, sabah bunu edə biləcəyik”.

Onun sözlərinə görə, Macarıstan gələn ilin aprelində bədii gimnastika üzrə Dünya kubokunun Bakıda keçiriləcək mərhələsində iştirak etməyi planlaşdırır.

“Bizim qızlarımız üçün Bakıdakı gimnastika arenası xüsusi əhəmiyyət daşıyır. Çünki məhz burada gimnastımız Aleksandra Kis 2014-ci ilin Avropa Çempionatında gürzlərlə finala çıxmışdı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti