...

Qurbanovlar üçün əlamətdar oyun

İdman Materials 19 Dekabr 2016 16:00 (UTC +04:00)
“Qarabağ”ın “İnter”lə qarşılaşması iki yubileylə əlamətdar olub.
Qurbanovlar üçün əlamətdar oyun

Bakı. Trend:

“Qarabağ”ın “İnter”lə qarşılaşması iki yubileylə əlamətdar olub.

Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, əyalət klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqada, futbolçusu İlqar Qurbanov isə “ağ-göylər”in heyətində çempionatda yubiley matçını keçirib. Sonuncu klubunun heyətində 100-cü dəfə meydana çıxıb. 2010/11 mövsümündən Ağdam klubunda çıxış edən cinah oyunçusu 7 mövsümdə keçirdiyi 100 qarşılaşmada 6 qol vurub.

“Qarabağ”ın baş məşqçisi isə 272-si “Qarabağ”, 28-i “Neftçi”də olmaqla 300-cü dəfə Premyer Liqada meydana komanda çıxarıb. 172 qələbə və 54 məğlubiyyətə şahid olan 44 yaşlı mütəxəssis 74-cü heç-heçəni izləyib. Bu oyunlarda onun yetirmələri 452 qol vurub, 216-nı buraxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti