...

"Rəvan"ın 6 xalı silindi

İdman Materials 27 Dekabr 2016 14:51 (UTC +04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Rəvan"ın 6 xalı silindi

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, FIFA 19.12.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib. Belə ki, “Rəvan” klubu ilə futbolçu Julio Sezar Mendes Moreira arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etməməsi səbəbindən klubun cari mövsüm aktivdən 6 xal silinməsi göstərilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq, AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edir:

- Azərbaycan birinci divizionunda çıxış edən "Rəvan" FK-nın cari mövsüm aktivindən 6 xal silinsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti