...

Millimizin daha bir rəqibi məlum oldu

İdman Materials 28 Yanvar 2017 13:32 (UTC +04:00)

Bakı. Trend:

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinin çıxış edəcəyi 2-ci qrupda mübarizə aparacaq dördüncü komanda müəyyənləşib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, ilkin seçmə mərhələnin D qrupunda 1-ci yeri tutmuş Albaniya yığması 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək əsas seçmə mərhələdə çıxış etmək hüququ qazanıb.

Xatırladaq ki, millimizin digər rəqibləri Macarıstan və Bosniya və Herseqovina yığmalarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti