...

İran ABŞ idmançılarına viza vermədi

İdman Materials 3 Fevral 2017 15:06 (UTC +04:00)
Rəsmi Tehran İranda reslinq üzrə beynəlxalq turnirdə iştirak etməyə hazırlaşan ABŞ idmançılarına viza verməkdən imtina edib.
İran ABŞ idmançılarına viza vermədi

Bakı. Trend:

Rəsmi Tehran İranda reslinq üzrə beynəlxalq turnirdə iştirak etməyə hazırlaşan ABŞ idmançılarına viza verməkdən imtina edib.

Trend-in məlumatına görə, İran Xarici İşlər Nazirliyindən ABŞ Prezidentinin mühacirlərlə bağlı fərmanına cavab olaraq bu addımın atıldığını bildiriblər:

"ABŞ-ın yeni administrasiyasının siyasətini nəzərə alaraq, İran XİN amerikalı idmançılara viza verməməyə məcbur oldu".

Turnirin fevralın 16-17-də keçiriləcəyi bildirilir.

Qeyd edək ki, D.Trampın imzaladığı fərmana əsasən İraq, İran, Suriya, Somali, Liviya, Sudan və Yəmən vətəndaşlarının 90 gün ərzində ABŞ-a gəlişi qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti