Azərbaycan batutçuları Dünya Kubokunda ustalıqlarını göstərməyə hazırdırlar (FOTO)

Azərbaycan batutçuları Dünya Kubokunda ustalıqlarını göstərməyə hazırdırlar (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanlı gimnastlar Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarında öz ustalıqlarını göstərməyə hazırdırlar.

Bu sözləri Trend-ə batut gimnastikası üzrə milli komandanın üzvləri Svetlana Makştarova və Veronika Zemlyanaya deyib.

S.Makştarova qeyd edib: “Biz, xüsusilə sinxron tullanmada yaxşı nəticəyə ümid edirik. Fikrimcə, yaxşı şanslarımız var, biz tam qüvvəmizlə məşq edirik. Qarşımıza məqsəd qoymuşuq və ona doğru irəliləməyə hazırıq. Ötən illə müqayisədə özümü daha hazır hiss edirəm. Hiss edirəm ki, biz meydançaya çıxıb fəxrü kürsü uğrunda mübarizə apara biləcəyik”.

Dünya Kubokunun debütantı V.Zemlyanaya isə öz növbəsində qeyd edib ki, ilk növbədə, həyəcanın öhdəsindən gəlmək lazımdır: “Bu, mənim üçün ilk böyük yarışdır, ona görə bir qədər həyəcanlıyam və stressin öhdəsindən gəlməyə çalışıram. Fikrimcə, yaxşı çıxış edə biləcəyik. Xüsusilə, ən böyük ümidimiz sinxron tullanmayadır”.

Batutçular, həmçinin gimnastika sevərlərə müraciət edərək bu həftə sonu Milli Gimnastika Arenasına gəlməyə, tribunaları doldurmağa və millinin üzvlərini dəstəkləməyə çağırıblar:

“Biz sizin üçün çıxış edirik və sizin gülümsəməyinizi görmək və alqışlarınızı eşitmək istəyirik. Bakıya dünya miqyaslı güclü batutçular gələcək və yaxşı olardı ki, yarışlara gələcəkdə bizim davamçılarımız olacaq çoxlu uşaqlar gəlsin”.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının yeni Olimpiya dövründə batut gimnastikası və tamblinq üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.

15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçi iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaq. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Azərbaycanı batut üzərində fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edəcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq ikinci dəfədir təşkil olunur. Bu il isə tamblinq üzrə bu qəbildən olan yarışların ölkəmizdə debütüdür. Yüksək səviyyəli təşkilatçılığı ilə hər zaman fərqlənən gimnastika yarışları bu dəfə də bir çox yenilikləri ilə yadda qalacağını vəd edir.

Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fleşmoblarda da iştirak edə biləcəklər.

Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.

Tamblinq cığırında isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar öz məharətlərini nümayiş etdirəcəklər.

Nijni Novqorodun hava limanı Bakıya ilk uçuşun tarixini açıqladı
Nijni Novqorodun hava limanı Bakıya ilk uçuşun tarixini açıqladı
Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək
Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək
2022-ci ildə "Zərifə Əliyeva" gəmisinin istismara verilməsi planlaşdırılır
2022-ci ildə "Zərifə Əliyeva" gəmisinin istismara verilməsi planlaşdırılır
Loading Bars
Xəbər lenti
Nijni Novqorodun hava limanı Bakıya ilk uçuşun tarixini açıqladı
Güləşçimiz Cəbrayıl Hacıyev Avropa çempionu oldu
Bakıda intihara cəhdin qarşısı alınıb
Azərbaycan ilə İtaliya arasında münasibətlər yüksək səviyyədədir
Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək
Gürcüstanda koronavirusa daha 1 562 nəfər yoluxub
Can Laçın, daha qartal olub göylərində uçmağa gərək yoxdur, sən azadsan!
2022-ci ildə "Zərifə Əliyeva" gəmisinin istismara verilməsi planlaşdırılır
Ceyhun Bayramovla Bağdad Amreyev arasında telefon danışığı olub
Sahibə Qafarova İtaliya Senatının Sədri ilə görüşüb
Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib (FOTO)
Abşeronda şəhid Rüstəm Turabovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub (FOTO)
Azərbaycanlı jurnalist Fransa portalında "Xarıbülbül" festivalından yazıb (FOTO)
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO/VİDEO)
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim edilib
Azərbaycan Texniki Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə elmi seminarı keçirilib (FOTO)
Millət vəkili Naqif Həmzəyevin seçicilərlə görüşləri davam edir (FOTO)
Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm addım
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında qidanın mənimsənilməsi və digər qanun pozunutuları aşkarlanıb
AQTA sədri Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndə heyətini qəbul edib (FOTO)
Rusiya Azərbaycanın 126 pomidor istehsalı müəssisəsinə bu ölkəyə məhsul ixracına icazə verib
Türkiyyə ordusu PKK-nın məsul şəxsini zərərsizləşdirib (VİDEO)
Teledərslərin mayın 19-na olan cədvəli
Könül Nurullayeva AŞPA-nın komitə iclasında Azərbaycanda multikulturalizm ənənələrindən söz açıb (FOTO/VİDEO)
AzTV-nin verilişi Laçından yayımlanacaq (VİDEO)
Rüşvət alarkən saxlanılan gömrük əməkdaşlarının ADLARI açıqlandı, cinayət işi başlandı
Dövlət Xidmətinin korrupsiya ilə mübarizə işləri çərçivəsində “Qaynar xətt”i fəaliyyətə başlayıb
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun üçüncü iclası keçirilib (FOTO)
Mayın 19-na USD/AZN rəsmi məzənnəsi
Azərbaycanda istehlak qiymətləri indeksi sabitləşib - Dünya Bankı
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstandadır
Azərbaycanlı mütəxəssislərin hazırladığı rəqəmsal transformasiya layihəsi beynəlxalq müsabiqədə 1-ci yerə layiq görüldü
“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda keçirilmiş konfransın materialları çap olunub
Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi
Xəyanət nəticəsində işğal edilən Laçın bu gün azaddır
Ağdama aparan daha bir yol: Sürətlə davam edən tikinti prosesindən REPORTAJ - Trend TV
“Global Finance” IBA İnnovasiya Mərkəzini ən yaxşılardan biri seçdi!
Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN
Milli Məclis bir sıra məhkəmələrə yeni hakimlər təyin edəcək
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 432 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib
Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir - XİN
Ermənistanda siyasi gərginlik: parlament niyə baş nazir seçə bilmir?
İspaniya 3 minə yaxın miqrantı Mərakeşə geri göndərib
QMİ sədri Türkiyənin yeni səfiri ilə görüşüb (FOTO)
Qida təhlükəsizliyi sahəsində innovativ həllərin tətbiqi uğurla davam etdirilir
Rüşvət almaqda təqsirləndirilən sabiq müstəntiqə hökm oxundu
Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir - Belarus müdafiə naziri
Prezident İlham Əliyev: Bu gün Belarus və Azərbaycan əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir
Avropa azərbaycanlıları soydaşlarımıza çağırış edib (FOTO)
Bakıda I sinfə qəbulla bağlı müraciətlərin sayı açıqlandı
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib
Azərbaycan bu ölkələrdən quş əti idxalına məhdudiyyət qoyub
“ASAP Career Academy” layihəsinin təqdimatı baş tutub (FOTO)
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib (YENİLƏNİB) (VİDEO)
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Azərbaycanda qızıl və gümüş bahalaşır
Gömrük Akademiyasında “RENFUL” şirkətinin mütəxəssisləri təlimlər keçirlər (FOTO)
İranda ötən sutka 14 min nəfər koronavirusa yoluxub, 310 nəfər ölüb
Azərbaycanlılar BMT qərargahı önündə minalarla bağlı aksiya keçiriblər (FOTO)
Ermənistanın qeyri-adekvat davranışı ilk növbədə onun özü üçün zərbədir - Sevil Mikayılova
Qəbələ Dəmiryol Vağzalı (FOTOSESSİYA)
Dəmir yolunun çəkilişi Qəbələnin turizm imkanlarının inkişafı üçün vacibdir (VİDEO)
Azərbaycan nefti bahalaşıb
“Xarıbülbül” festivalı Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir - Tamam Cəfərova
Şirvan Reabilitasiya Mərkəzində 90-a yaxın hərbçi müalicə edilib
Dəmir yolu ilə yükdaşımalar artıb
“Rabitəbank”dan illik cəmi 15% ilə onlayn kredit
"Telegram"ın işində qüsurlar yaranıb
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Ermənistanın Azərbaycanın mədəni irsinə dağıdıcı rəftarı beynəlxalq hüququn pozuntusudur - Yaşar Əliyev
Sabah Bakıda 28, rayonlarda 35 dərəcəyədək isti olacaq
Yevlax bazarında nöqsanlar - Nehrə yağı adı ilə bitki yağları satılır (FOTO)
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib
Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir
"8 Noyabr" stansiyasının şəhid Xudayarın səs yazısı ilə səsləndirilməsi montajdır - Metropoliten
1300 qaziyə reabilitasiya və sosial-psixoloji xidmət göstərilib (FOTO)
Kəpəz dağında Nizami Gəncəvi zirvəsi təsis olunub (VİDEO)
Gəncə Apellyasiya Məhkəməsinə iki yeni hakim təyin edilir
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir (SİYAHI)
Təlimlərin gedişi barədə məruzələr dinlənilib (FOTO)
Naxçıvan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə infrastruktur işlərinə başlanılıb (VİDEO)
Yerevanın keçmiş meri Moskvadan qayıdarkən saxlanılıb
Məişət zorakılığından zərər çəkənlər üçün yeni yardım mərkəzlərinin akkreditasiyası keçiriləcək
Meksikada yük maşınında 9 nəfərin meyiti tapılıb
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
Qarabağda potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb
Bakı-Qəbələ qatarında gediş-gəliş nə vaxt və neçəyə olacaq? - ADY-dən açıqlama
Belarusun Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib
Ölkədə 5 ulduzlu hotellərə tələbat daha çoxdur - Dövlət Turizm Agentliyi
Xırdalanda vaqon yanıb (ƏLAVƏ OLUNUB)
TAP-ın genişləndirilməsi ilə bağlı üç ssenari təklif edilir
TAP-la nəql olunan qazın həcmi açıqlanıb
Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisinə başlanılıb (FOTO)
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
MDU-nun tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri olublar (FOTO)
TAP-ın genişləndirilməsi üzrə bazar sınaqları başlayıb
Bakıdan Qəbələyə ilk qatar yola düşüb (FOTO)
Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir (VİDEO)
Bütün xəbərlər