Bakı. Trend:
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda Premyer Liqanın 18-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Belə ki, “Zirə” – “Qəbələ” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 74-cü dəqiqəsində “Qəbələ” klubunun 5 №-li futbolçusu
Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Neftçi” – “Sumqayıt” matçında isə “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.