Bakı. Trend:
Futbol üzrə Vyetnam çempionatında futbolçuların hakimə maraqlı etirazı qeydə alınıb.
Trend bildirir ki, “Ho Şi Min Siti” və “Donqtam Lonqan” komandaları arasındakı görüş zamanı hakim hesab 2:2 olarkən “Lonqan”ın qapısına penalti təyin edib.
Bu qərara etiraz olaraq qapıçı üzünü qapı çərçivəsinə çevirib.
Daha sonra “Donqtam Lonqan”ın oyunçuları etiraz əlaməti olaraq rəqib komandanın hücumları zamanı hərəkətsiz dayanıb.
Nəticədə oyun “Xo Şi Min Siti”nin 5-2 hesablı qələbəsi ilə başa çatıb