...

Rəqib futbolçuya qarşı aqressiv hərəkət edən AZAL oyunçusu cəzalandırıldı

İdman Materials 7 Mart 2017 13:49 (UTC +04:00)
AZAL klubunun futbolçusu 3 oyunluq cəzalanıb.
Rəqib futbolçuya qarşı aqressiv hərəkət edən AZAL oyunçusu cəzalandırıldı

Bakı. Trend:

AZAL klubunun futbolçusu 3 oyunluq cəzalanıb.

Trend-in məlumatına görə, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Martın 5-də Premyer Liqanın 21-ci turunun “Kəpəz” – AZAL matçının videoyazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

- Oyunun 64-cü dəqiqəsində AZAL klubunun 44 №-li futbolçusu Alamadine Omega Robent rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə futbolçu 3 oyun cəzalansın, klub 2400 manat cərimə olunsun.

- Hakimlər Komitəsi hakim haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti