...

Qadın güləşçilərimizdən ikisi ilk beşlikdə - REYTİNQ

İdman Materials 7 Aprel 2017 15:36 (UTC +04:00)

Bakı. Trend:

Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, qadın güləşçilərin reytinq sıralamasında 9 güləşçimizin adı var. Onlardan ikisi ilk beşlikdə qərarlaşıb.

Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kq çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. Güləşçimiz reytinqdə də ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cü olub.

48 kq

2. Mariya Stadnik - Olimpiya Oyunları 2-ci yer (2)

53 kq

4. Nataliya Sinişin - Olimpiya Oyunları 3-cü yer (4)
15. Anjela Doroqan - Ukrayna beyn. turniri 3-cü yer (nr)
18. Leyla Qurbanova - U-23 Avropa çempionatı 2-ci yer (nr)

55 kq

17. Alyona Kolesnik - U-23 Avropa Çempionatı 3-cü yer @58 kq (20)

58 kq

15. Yuliya Ratkeviç - Olimpiya Oyunları 5-ci yer (11)

60 kq

11. Tatyana Omelçenko - Ukrayna beyn. turniri 1-ci yer (14)

63 kq

20. Elmira Qəmbərova - Ukrayna beyn. turniri 2-ci yer (nr)

69 kq

12. Elis Manolova - Yarıgin beyn. turniri 3-cü yer (11)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti