...

Azərbaycan voleybolçuları Tacikistan yığmasını məğlub edib

İdman Materials 13 May 2017 21:46 (UTC +04:00)
Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan və Tacikistanın voleybol yığması qarşılaşıb.
Azərbaycan voleybolçuları Tacikistan yığmasını məğlub edib

Bakı. Trend:

Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycan və Tacikistanın voleybol yığması qarşılaşıb.

Trend-in məlumatına görə, voyebol yarışları “Baku Crystal Hall”da keçirilib. Qarşılaşmda Azərbaycan voleybolçuları hər üç setdə böyük hesabla qələbə qazanıblar. Belə ki, hesab 25:9, 25:7 və 25:10 olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti