...

Turanə Ağayeva: İslamiadanın gümüş medalı ilk beynəlxalq mükafatımdır

İdman Materials 14 May 2017 20:25 (UTC +04:00)
Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarında qazandığım gümüş medal ilk beynəlxalq mükafatımdır
Turanə Ağayeva: İslamiadanın gümüş medalı ilk beynəlxalq mükafatımdır

Bakı. Vüqar İmanov - Trend:

Bakıdakı IV İslam Həmrəyliyi Oyunlarında qazandığım gümüş medal ilk beynəlxalq mükafatımdır.

Bunu Trend-ə paracüdo üzrə 70 kq çəki dərəcəsində gümüş medal qazanmış azərbaycanlı paracüdoçu Turanə Ağayeva deyib.

O deyib: “Mən ilk beynəlxalq mükafatımı qazandığım üçün çox şadam. Bu, mənim üçün ikiqat dəyərlidir, çünki doğma meydanda qazanılıb. Qızıl üçün mənim təcrübəm çatmadı, amma hələ 21 yaşım var, hələ hər şey qabaqdadır”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti