...

Bakı-2017: İki atıcılıq komandamız finala yüksəlib

İdman Materials 17 May 2017 11:10 (UTC +04:00)
Azərbaycanın iki komandası 10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışının finalına yüksəlib.
Bakı-2017: İki atıcılıq komandamız finala yüksəlib

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın iki komandası 10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışının finalına yüksəlib.

Trend-in məlumatına görə, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət birinci komandamız 473, Rəsul Məmmədov və Zərifə Qasımovadan ibarət ikinci komandamız isə 460 xal yığaraq final mərhələsinə çıxıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti