Bakı. Trend:
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın güləşçimiz üçüncü görüşünü qələbə ilə başa vurub.
Trend-in məlumatına görə, 75 kq çəki dərəcəsində yarışan idmançımız Səbirə Əliyeva qırğızıstanlı Aypəri Mədətqızı ilə qarşılaşıb.
Təmsilçimiz rəqibi üzərində vaxtından əvvəl - tuşe ilə qələbə qazanıb.
S.Əliyeva bundan əvvəl Qazaxıstan təmsilçisi İrina Kazyulinaya qalib gəlsə də, misirli Samar Hamzaya məğlub olmuşdu.
Güləşçimizin növbəti rəqibi türkiyəli Yasemin Adar olacaq.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.