Bakı. Trend:
Qadın güləşçimiz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ən az gümüş medalı təmin edib.
Trend-in məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Elis Manolovanın 1/2 finalda rəqibi türkiyəli Busə Tosun olub.
Gərgin keçən görüşdə E.Manolova hesabda geridə olarkən (4:10) rəqibin kürəyini yerə vurmağı bacarıb.
Beləliklə, güləşçimiz finala yüksəlib.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.