Bakı. Trend:
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında zorxana yarışları davam edir.
Trend-in məlumatına görə, təmsilçimiz Xəyyam Orucov milbazi növündə gümüş medal qazanıb - 379 xal.
İran idmançısı Pejman Sükunəti 893 xalla birinci olub. Bürünc medallara Əhməd Şakib Atahi (Əfqanıstan) və Ərbab Sərdar Xan (Pakistan) yiyiələnib.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.