Bakı. Trend:
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın güləşçilərin mübarizəsi davam edir.
Trend-in məlumatına görə, 55 kq çəkidə yarışan təmsilçimiz Natalya Sinişin son rəqibi Türkiyə təmsilçisi Bediha Gün olub.
İlk görüşündə Qazaxıstan təmsilçisinə tam üstünlüklə qalib gəlsə də, Nigeriya idmançısına uduzan güləşçimiz bu dəfə fürsəti əldən verməyib - 7:3.
Beləliklə, N.Sinişin İslamiadanı gümüş medalla başa vurub.
Güləşçimizin hansı əyarlı medal qazanacağı son görüşlərin nəticəsinə əsasən müəyyənləşəcək.