...

Bakı-2017: Daha bir güləşçimiz gümüş medal qazandı

İdman Materials 21 May 2017 20:21 (UTC +04:00)

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir qadın güləşçimiz gümüş medal qazanıb.

Trend-in məlumatına görə, 58 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Alyona Kolesnik ilk görüşünü qələbə ilə başa vursa da, final xarakterli son görüşdə Qırğızıstan təmsilçisi Aysulu Tinibekova məğlub olub - 2:5.

Beləliklə, A.Kolesnik İslamiadanın gümüş medalına sahib olub.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti