Bakı. Trend:
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir qadın güləşçimiz gümüş medal qazanıb.
Trend-in məlumatına görə, üç görüşdən ikisində tam üstünlüklə qalib gələrək birində uduzan təmsilçimiz Səbirə Əliyevanın (75 kq) final xarakterli son qarşılaşmada rəqibi Türkiyə təmsilçisi Yasemin Adar olub.
Güclü rəqibi ilə bacarmayan (0:2) S.Əliyeva İslamiadanı gümüş medalla başa vurub.
Bununla da İslamiadanın qadın güləşi yarışına yekun vurulub.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.