...

Zorxanaçımız İslamiadanın ikincisi oldu

İdman Materials 21 May 2017 21:08 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında zorxana yarışı davam edir.
Zorxanaçımız İslamiadanın ikincisi oldu

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında zorxana yarışı davam edir.

Trend-in məlumatına görə, idmançımız Orxan Xanlarov çərxi-çəməni növündə 259 xalla gümüş medala layiq görülüb.

İranlı zorxanaçı 749 xalla birinci, əfqanıstanlı Mustafa Nuristani və tacikistanlı Əbduəli Nəzərəli isə üçüncü olublar.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti