Bakı. Vüqar İmanov - Trend:
Bakıda keçirilən Formula 1 yarışı zamanı maraqlı hadisə qeydə alınıb.
Trend-in məlumatına görə, britaniyalı turist Qrem Barker sevgilisi Viktoriya Uilyamsa evlilik təklif edib.
O, öz təklifini britaniyalı pilot Lüis Hemiltonun bolidi qarşısında səsləndirib.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.
Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.