Bakı. Trend:
Azərbaycan hakimləri Çempionlar Liqasının oyununa təyinat alıb.
Trend AFFA-nın saytına istinadən məlumat verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-i və ya 19-da keçiriləcək “Rusenborq” (Norveç) - “Dundalk” (İrlandiya) oyununun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.
Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.