Bakı. Trend:
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Qəbələ" klubu Polşanın "Yaqelloniya" klubunun qonağı olub.
Trend-in məlumatına görə, görüş 0:2 hesabı ilə təmsilçimizin xeyrinə yekunlaşıb. Oyunun 18-ci dəqiqəsində ilk qolu İlqar Qurbanov rəqib qapısından keçirib. Oyunun 89-cu dəqiqəsində F. Ozobiç fərqlənərək hesabı 0:2 edib.
Beləliklə, "Qəbələ" klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib (ilk oyun - 1:1).
Qeyd edək ki, növbəti turda "Qəbələnin" rəqibi Yunanıstanın "Panatinaykos" klubu olacaq.