...

Bakıda atıcılıq üzrə Avropa çempionatının 11-ci gününün yarışları start götürür

İdman Materials 31 İyul 2017 09:55 (UTC +04:00)
Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının 11-ci gününün yarışları start götürür.
Bakıda atıcılıq üzrə Avropa çempionatının 11-ci gününün yarışları start götürür

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının güllə-stend atıcılığı üzrə 11-ci günü start götürür.

Trend-in məlumatına görə, kişilər arasında 300 metr məsafədən 3 vəziyyətdə tüfəngdən atəş açma, kişilər arasında 25 metr məsafədən iriçaplı tapancadan atəş açma və 300 metr məsafədən tüfəngdən atəş açma üzrə qarışıq yarışlar keçiriləcək.

Bundan əlavə, kişilər və qadınlar, yeniyetmə oğlanlar və qızlar arasında stend atıcılığı üzrə yarışlar keçiriləcək.

Qeyd edək ki, Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti