...

Estoniya idmançısı atıcılıq üzrə Avropa çempionatında qızıl medal qazanıb

İdman Materials 31 İyul 2017 11:34 (UTC +04:00)
Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma yarışının qalibi bəlli olub.
Estoniya idmançısı atıcılıq üzrə Avropa çempionatında qızıl medal qazanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma yarışının qalibi bəlli olub.

Trend-in məlumatına görə, Estoniya idmançısı Olesk Peeter 292 xalla qızıl medal qazanıb.

Türkiyə idmançısı Yusuf Dikeçi çempion adından bir xal ayırıb. O, 291 (14 x) xalla gümüş medala sahib olub.

Yarışda üçüncü göstəricini 291 (9 x) xalla Ukrayna idmançısı Roman Bondaruk göstərib.

Kişilər arasında 25 metr məsafəyə tapança ilə mərkəzə atəşaçma yarışında Azərbaycanı təmsil edən Ruslan Lunyov 286 xalla çempionatı doqquzuncu pillədə başa vurub.

Qeyd edək ki, bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının güllə-stend atıcılığı üzrə 11-ci günü start götürüb. Kişilər arasında 300 metr məsafədən 3 vəziyyətdə tüfəngdən atəş açma, kişilər arasında 25 metr məsafədən iriçaplı tapancadan atəş açma və 300 metr məsafədən tüfəngdən atəş açma üzrə qarışıq yarışlar keçirilir. Bundan əlavə, kişilər və qadınlar, yeniyetmə oğlanlar və qızlar arasında stend atıcılığı üzrə yarışlar keçirilir.

Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti