...

Fransalı atıcı: Atıcılıq üzrə Avropa çempionatında iştirakçılar üçün hər cür şərait yaradılıb

İdman Materials 31 İyul 2017 18:50 (UTC +04:00)
Ölkəmə medalla qayıdacağıma görə çox sevinirəm, buna görə hər kəsə təşəkkür edirəm.
Fransalı atıcı: Atıcılıq üzrə Avropa çempionatında iştirakçılar üçün hər cür şərait yaradılıb

Bakı. Elçin Mehdiyev – Trend:

Ölkəmə medalla qayıdacağıma görə çox sevinirəm, buna görə hər kəsə təşəkkür edirəm.

Bunu Trend-ə Bakıda keçirilən Atıcılıq üzrə Avropa çempionatında qızıl medal qazanan fransalı atıcı Raynaud Alexis deyib.

Fransalı atıcı yarışın təşkilindən, idmançılar üçün yaradılan şəraitdən çox razı qaldığını bildirib:

“Azərbaycana təşəkkür edirik ki, idmançılar üçün hər cür şərait yaradıb. Bunun sayəsində diqqətimizi tam yarışlara yönəltdik və qalib olduq. Buna görə çox sevinirəm”.

Azərbaycana üçüncü dəfədir gəldiyini deyən fransalı idmançı hər dəfə ölkəmizdən razı getdiyini bildirib:

“Artıq üçüncü dəfədir ki, Azərbaycana gəlirəm. Bundan əvvəl Birinci Avropa Oyunlarında və Qəbələdə keçirilən Atıcılıq üzrə Dünya Kubokunda iştirak etmişəm. Azərbaycan hər bir yarışı yüksək səviyyədə təşkil edib və bu yarışda da iştirakçılar üçün hər cür şərait yaradılıb”.

Qeyd edək ki, bu gün Bakı Atıcılıq Mərkəzində Atıcılıq üzrə Avropa çempionatının yarışlarının güllə-stend atıcılığı üzrə 11-ci günü start götürüb. Kişilər arasında 300 metr məsafədən 3 vəziyyətdə tüfəngdən atəş açma, kişilər arasında 25 metr məsafədən iriçaplı tapancadan atəş açma və 300 metr məsafədən tüfəngdən atəş açma üzrə qarışıq yarışlar keçirilir. Bundan əlavə, kişilər və qadınlar, yeniyetmə oğlanlar və qızlar arasında stend atıcılığı üzrə yarışlar keçirilir.

Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti