...

Avstriya idmançısı atıcılıq üzrə Avropa çempionatında qızıl medal qazanıb

İdman Materials 1 Avqust 2017 13:12 (UTC +04:00)
Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 300 metr məsafədən standart tüfənglə güllə atıcılığı yarışının final mərhələsində Avstriya idmançısı qızıl medal qazanıb.
Avstriya idmançısı atıcılıq üzrə Avropa çempionatında qızıl medal qazanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 300 metr məsafədən standart tüfənglə güllə atıcılığı yarışının final mərhələsində Avstriya idmançısı qızıl medal qazanıb.

Trend-in məlumatına görə, avstriyalı Pikl Bernhard 578 (20x) xal toplayaraq, birinci olub.

Finlandiya idmançısı Kurki Juho 578 (18x) xalla gümüş, İsveç təmsilçisi Olsson Karl isə 577 xalla bürünc medala sahib olub.

Qeyd edək ki, bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatı yarışlarının güllə-stend atıcılığı üzrə 12-ci günü start götürüb. Kişilər arasında 300 metr məsafədən stend tüfəngindən atəş açma, 50 metr məsafədən hərəkət edən hədəflərə atəş açma və stend atıcılığının skit növündə isə təsnifat yarışları keçirilir.

Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti