...

Komanda yarışında İsveç yığması atıcılıq üzrə Avropa çempionatının qalibi olub

İdman Materials 1 Avqust 2017 14:04 (UTC +04:00)
Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 300 metr məsafəyə standart tüfənglə atəşaçmada komanda yarışında bu gün İsveç millisi 1711 xal toplayaraq qızıl medal qazanıb.
Komanda yarışında İsveç yığması atıcılıq üzrə Avropa çempionatının qalibi olub

Bakı. Elçin Mehdiyev – Trend:

Atıcılıq üzrə Avropa çempionatında kişilər arasında 300 metr məsafəyə standart tüfənglə atəşaçmada komanda yarışında bu gün İsveç millisi 1711 xal toplayaraq qızıl medal qazanıb.

Trend-in məlumatına görə, qızıl medalı İsveç yığmasına Andrea Rossi, Jan Loçbihler, Dfauks Gilles Vinsent qazandırıblar.

İkinci yeri 1710 xalla Avstriya komandası tutub. Gümüş medalı Avstriya komandasına Rumpler Gernot, Pikl Bernhard və Sçmirl Aleksander qazandırıblar.

Üçüncü yeri 1706 xalla Fransa yığması qazanıb. Fransa komandasının heyətində uğura Raynaud Aleksis, Sauveplane Valerian və Qraff Kiril imza atıb.

Qeyd edək ki, bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatı yarışlarının güllə-stend atıcılığı üzrə 12-ci günü start götürüb. Kişilər arasında 300 metr məsafədən stend tüfəngindən atəş açma, 50 metr məsafədən hərəkət edən hədəflərə atəş açma və stend atıcılığının skit növündə isə təsnifat yarışları keçirilir.

Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti