...

50 metr məsafədən qaçan hədəfə atəşaçmada İsveç atıcıları qalib oldu

İdman Materials 2 Avqust 2017 18:52 (UTC +04:00)
Atıcılıq üzrə Avropa çempionatının 50 metr məsafədən qaçan hədəfə atəşaçmada kişilər arasında komanda yarışının qalibi İsveç idmançıları olub.
50 metr məsafədən qaçan hədəfə atəşaçmada İsveç atıcıları qalib oldu

Bakı. Elçin Mehdiyev - Trend:

Atıcılıq üzrə Avropa çempionatının 50 metr məsafədən qaçan hədəfə atəşaçmada kişilər arasında komanda yarışının qalibi İsveç idmançıları olub.

Trend-in məlumatına görə, isveçli idmançılar Jesper Nyberg, Emil Martinsson, Rikard Johansson 1762 xalla qızıl medal qazanıblar.

Rusiya komandasının təmsilçiləri Mixail Azarenko, Maksim Stepanov, Dimitri Romanov 1745 (68x) xal toplayaraq gümüş medala sahib olublar.

Finlandiya atıcıları Topi Hulkkonen, Heikki Lahdekorpi, Tomi-Pekka Heikkila 1745 (66x) xalla yarışın üçüncüsü olublar.

Qeyd edək ki, Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti