...

Dairəvi stend atıcılığının qarışıq komanda yarışlarında Fransa yığması qızıl medal qazanıb

İdman Materials 2 Avqust 2017 18:58 (UTC +04:00)
Fransa yığması atıcılıq üzrə Avropa çempionatının dairəvi stend atıcılığının qarışıq komanda yarışlarının qalibi olub.
Dairəvi stend atıcılığının qarışıq komanda yarışlarında Fransa yığması qızıl medal qazanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Fransa yığması atıcılıq üzrə Avropa çempionatının dairəvi stend atıcılığının qarışıq komanda yarışlarının qalibi olub.

Trend-in məlumatına görə, Fransa atıcıları Terras Anthony, Lucie Anastassiou çempionatın qızıl medalını qazanıblar.

Kipr təmsilçiləri Dimitris Konstantinou və Andri Eleftheriou gümüş, İtaliya atıcıları Qabriele Rossetti, Bacosi Diana isə bürünc medala layiq görülüblər.

Azərbaycan idmançıları Fuad Qurbanov və Regina Meftahətdinova yarışda dördüncü pillə ilə kifayətləniblər.

Qeyd edək ki, Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti